Moldovanın "Şerif" komandasının ukraynalı baş məşqçisi Yuri Vernidub mübaribəyə qoşulub. Matc.az yerli mətbuata istinadən xəbər verir ki, ukraynalı mütəxəssis bu məqsədlə Traspol təmsilçisini müvəqqəti tərk edib.
 
56 yaşlı baş məşqçi Zaporojyeni müdafiə etməyə hazır olan könüllülər sırasına qatılıb.
 
Vernidubla yanaşı Ukraynanın məşhur boksçusu Aleksandr Usik də bu addımı atıb. O isə paytaxt Kiyevin müdafiəsi üçün ordu sıralarına qoşulub.
 
Xatırladaq ki, Yuri Vernidub vaxtilə "Qəbələ"də forma geyinmiş müdafiəçi Vitali Vernidubun atasıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest