Matc.az-a müsahibə verən "Neftçi" Futbol Akademiyasının keçmiş şöbə müdiri Kamal Quliyev Kamran Quliyevin gəlişindən sonra klubun yetişdirdiyi bir çox istedadlı futbolçunun "flaqman"ı tərk etdiyini deyib. ötən mövsüm "Neftçi"nin əvəzedici komandasının bombardiri olmuş, 21 yaşlılardan ibarət millimizin üzvü Qadir Bayramov, futbolumuzun ən böyük istedadlarından biri Mehman Məsimov, Cavidan Qasımlı, Orxan Fərəcov və bir çox başqa böyük perspektivə və potensiala malik gənclər Kamran Quliyevin "xidmətləri" sayəsində artıq "xalq komanda"sında deyil.

Adı çəkilənlərdən Qadir Bayramlı, Cavidan Qasımlı və Orxan Fərəcov "Keşlə"yə keçib. Qış transfer dönəmində heyətini lazımınca gücləndirə bilməyən Tərlan Əhmədov bu futbolçulara xüsusi diqqət yetirir. İstisna deyil ki, çox yaxında artıq onları Premyer Liqa oyunlarında meydanda gördük.  18 yaşlı Orxan Fərəcov dünən "Keşlə"nin "Səbail"lə oyununda iştirak ərizəsinə salınsa da meydana çıxma şansı qazanmadı.

Qeyd edək ki, AFFA-nın baş katibi Elxan Məmmədov matc.az saytına müsahibəsində istedadlı gənclərə klubların əsas komandalarda yer verilməməsini futbolumuzun ən ciddi problemlərindən olduğunu demişdi. Baş katib "Səbirsizliklə klubların akademiyalarından neçə futbolçunu əsas komandaya cəlb edəcəyini gözləyirəm. Bizdə klublarımız daha çox legionerlərin dəvət olunmasında maraqlıdırlar. Arzum akademiyaların yetirmələri barədə də legionerlər qədər çox danışılmasıdır. Hazırkı çempionatın əvvəlində bəzi komandaların gənc futbolçulara üstünlük verdiklərini də müşahidə edirik. Ad çəkmək istəmirəm, 8 klubdan 3-ü bu baxımdan seçilir. Əlbəttə, bu sevindirici haldı. Həmin gənc futbolçuların təbliğatını aparmaq lazımdı ki, digərləri üçün nümunə olsun" sözləri ilə Premyer Liqada çıxış edən bütün klublarımıza mesaj vermişdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest