01 Mart 2022, 10:04
DİGƏR
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb. Matc.az xəbər verir ki, ilk "onluq"da Azərbaycanın bir təmsilçisi yer alıb. ötən ayla müqayisədə 2 pillə irəliləyən Şəhriyar Məmmədyarov 2776 xalla 7-ci pillədə qərarlaşıb.
Ondan 23 xal geri qalan Teymur Rəcəbov əvvəlki kimi 14-cü sıradadır.
Qədir Hüseynov (2662) 72-ci, Rauf Məmmədov (2656) 80-cidir.
Reytinqin ilk "3-lüy"ündə dəyişiklik baş verməyib. Norveçli dünya çempionu Maqnus Karlsen 2864 xalla siyahıya başçılıq edir. 2804 xalı olan Fransa təmsilçisi Alireza Firuzca 2-ci, 2799 xala malik çinli Dinq Liren 3-cüdür.
Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2454) bir pillə geriləyərək 25-ci, Gülnar Məmmədova (2387) 4 pillə irəliləyərək 64-cü, Xanım Balacayeva isə (2376) 2 pillə irəliləyərək 77-ci yerdədir. Siyahıya əvvəlkitək çinli Yifan Hou (2650) başçılıq edir.