Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Bosniya və Herseqovina, eləcə də Danimarka yığmasına qarşı keçirəcəyi 2023-cü il dünya çempionatının seçmə oyunlarının stadionu və başlama vaxtı müəyyənləşib.
 
Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bosniya və Herseqovina ilə görüş aprelin 7-də Sarayevodakı "Qrbaviça" stadionunda olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
 
Aprelin 12-də Danimarkaya qarşı keçiriləcək oyun isə saat 22:00-da başlayacaq. Matç Viborq şəhərindəki eyniadlı stadionda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest