"Neftçi" rəhbərliyi mənə dəyər vermirdi". Bu sözləri matc.az saytına eksklüziv açıqlamasında "Neftçi"dən ayrılan braziliyalı futbolçu Dario Frederiko deyib.

Cənubi Koreya təmsilçisi "Daequ" ilə müqavilə imzalayan Dario "Neftçi" rəhbərliyinin ona qarşı xoşagəlməz münasibətindən danışıb: "Mən bir daha bu kluba qayıtmaram. Bundan sonra "Neftçi" haqda heç nə danışmaq istəmirəm".

Klubdan mətbuata sızdırılan məlumatlarda azarkeşlərin qəzəbinə tuş gəlməmək və klub rəhbərliyinin qeyri-peşəkarlığını ört basdır etmək məqsədi ilə böyük rəqəmlər göstərilir. Guya ki, "Neftçi" vingerə görə 150 min dollar civarında qazanc əldə edib. Amma məlum olub ki, "Neftçi"nin prezidenti Kamran Quliyev əsas futbolçularından birini, son oyunda 2 qol vuran braziliyalını  prinsipial rəqib "Qarabağ"la görüşdən öncə 100 min dollar qarşılığında əldən buraxıb: "Klubum mənim transferim üçün 100 min dollar ödəyib".

"Flaqman"ın mətbuat katibi Rüstəm Allahverdiyev isə Darionun keçidinə görə ödənilən məbləğin kommersiya sirri olduğunu deyib.

Quliyev Darioyla müqavilə imzalayanda özündən "Amerika kəşf edərək" "may ayında 50 min dollar qarşılığında futbolçu sərbəst ola bilər" bəndini əlavə edib. Darioya gələn təklifi götür-qoy edəndə isə fikirləşib ki, 4 aya 50 min dollar itirmək olmaz.

Amma 20 milyondan çox büdcəsi olan "Neftçi"nin məhz bu 50 minə görə çempionluğu əldən verə biləcəyini fikirləşməyib...

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest