Rusiyada çıxış edən legioner futbolçuların müqavilələrinə xitam verilə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FİFPro) FİFA-ya bu təşəbbüslə müraciət edib.
 
Müraciətə müsbət cavab verilsə, Rusiya klublarının əcnəbi futbolçuları heç bir cəza almadan müqavilələrini poza bilərlər.
 
Hazırda Rusiyada 200-ə yaxın əcnəbi futbolçu oynayır. Onlardan 133-ü Premyer Liqadadır.
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest