Ukraynalı məşqçi Andrey Voronin Rusiyanın "Dinamo" (Moskva) klubundan ayrılıb. Matc.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
43 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Voronin 2020-ci ilin oktyabrından məşqçilər korpusunda yer alırdı. O, daha əvvəl 2010-2014-cü illərdə paytaxt klubunun formasını geyinib. Voronin futbolçu karyerası ərzində "Liverpul", "Bayer" (Leverkuzen) kimi klublarda çıxış edib.
 
Ukraynalı futbolçu Yaroslav Qodzyur da Rusiyanın "Ural" klubu ilə yollarını ayırıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, 37 yaşlı qapıçının müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
 
Qodzyurun Ukrayna ilə yanaşı Rusiya vətəndaşlığı da var. O, 2017-ci ildən "Ural"da çıxış edirdi.
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest