Rusiyanın idman naziri Oleq Matıtsin FİFA və UEFA-nın bu ölkənin futbol komandalarının beynəlxalq turnirlərdə, o cümlədən dünya çempionatında iştirakına icazə verməmək haqda qərarına münasibət bildirib. Matc.az "Sport-Ekspress"ə istinadən xəbər verir ki, nazir açıqlamasında bunları deyib:
 
"FİFA və UEFA-nın qərarlarını diqqətlə təhlil etmək lazımdır. Bütün bu qərarların əsaslarını, hüquqi yönlərini qiymətləndirmək vacibdir. Bundan sonra biz idmançılarımızın, futbolçularımızın hüquqlarını bərpa etmək üçün əlimizdən gələni edəcəyik".
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest