UEFA müharibə ilə bağlı Ukrayna və qonşu ölkələrdəki qaçqın uşaqlara maliyyə yardımı ayırıb. Matc.az xəbər verir ki, vəsaitin ümumi məbləği 1.1 milyon avrodur.
 
Vəsait Moldovaya sığınan miqrant uşaqlara və Ukraynadakı uşaq xəstəxanalarının dərman və digər tibbi ləvazimatlarla təmin olunmasına sərf ediləcək.
 
Avropa futbol qurumunun prezidenti Aleksandr çeferin bildirib ki, müharibədən ən çox uşaqlar əziyyət çəkirlər və onların əsas hüquqlarını, sağlamlıqlarını qorumağa kömək etmək UEFA-nın borcudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest