Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Namik Ələskərov çıxış etdiyi Türkiyə "Bursaspor"unda ən çox meydanda olan futbolçudur

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Namik Ələskərov çıxış etdiyi Türkiyə "Bursaspor"unda ən çox meydanda olan futbolçudur. Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, indiyədək "timsahlar"ın heyətində ümumilikdə 1722 dəqiqə oynayıb.
 
İkinci sırada 1484 dəqiqə ilə xorvatiyalı müdafiəçi Luka Tsapan qərarlaşıb. İlk "3-lüy"ü belçikalı yarımmüdafiəçi Massimo Bruno (1450) tamamlayır.
 
2021-ci ilin yayında "Neftçi"dən Türkiyə klubuna transfer olunan Namik Ələskərovun "Bursaspor"la 2+1 illik müqaviləsi var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest