Görüş iki komanda arasında Premyer Liqa çərçivəsində 27-ci qarşılaşma kimi tarixə düşüb. Bunaqədərki 26 oyunun 16-da qalib gələn "Qəbələ" bu dəfə də 3 xala sevinib.

Topaz Premyer Liqasının XV turunda "Qəbələ" ilə "Sumqayıt" qarşılaşıb. Matc.az saytının məlumatına görə, Qəbələdə keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın 84-cü dəqiqəsində Stiven Monrozun vurduğu qol oyunda yeganə olub.

Görüş iki komanda arasında Premyer Liqa çərçivəsində 27-ci qarşılaşma kimi tarixə düşüb. Bunaqədərki 26 oyunun 16-da qalib gələn "Qəbələ" bu dəfə də 3 xala sevinib. Son 6 qarşılaşmada qələbə üzünə həsrət qalan "Suqmayıt"ın qələbə arzusu isə ən az növbəti matça qədər təxirə düşüb.

Sənan Qurbanovun komandası daha bir uğurlu seriyanı uzada bilib. Belə ki, "Qəbələ" bundan öncəki bütün Premyer Liqa qarşılaşmalarında olduğu kimi bu görüşdə də rəqib qapısına yol tapmağı bacarıb və "kimyaçılar"ı 27 görüşdə 47-ci dəfə oyuna mərkəzdən başlamağa məcbur edib.

Qeyd edək ki, ikili rəqabətdə "Qəbələ"nin öz meydanında məğlubedilməzlik ənənəsi də növbəti ev oyununa qədər uzanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest