Dç-2022-nin final mərhələsinə vəsiqə uğrunda pley-off oyunları öncəsi Kamerun millisinin baş məşqçisi dəyişib. Matc.az xəbər verir ki, Kamerun prezidenti Pol Biya məşhur futbolçu Riqober Sonqu milli komandanın baş məşqçisi təyin edib.
 
Bundan əvvəl "şirlər"ə Toni Konseysao rəhbərlik edirdi. Sonq isə Kamerunun olimpiya millisinin baş məşqçisi idi.
 
Kamerun millisi martın 25 və 29-da Əlcəzairlə oynayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest