Futbol üzrə İngiltərə Federasiya Kubokunda 1/8 final mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
 
Səfərdə "Peterboro" ilə qarşılaşan "Mançester Siti" inamlı qələbə sayəsində 1/4 finala vəsiqə qazanıb. "Kristal Pelas" da buna "Stok Siti" səddini keçməklə nail olub. "Midlsbro" ilə qarşılaşan "Tottenhem" isə minimal hesabla uduzaraq mübarizəni dayandırıb.
 
İngiltərə Federasiya Kuboku
1/8 final
 
1 mart
 
Peterboro – Mançester Siti 0:2
Qol: Mahrez, 60. Qriliş, 67.
 
Kristal Pelas – Stok Siti 2:1
Qol: Koyate, 53. Ridevald, 82 – Taymon, 58.
 
Midlsbro – Tottenhem 1:0
Qol: Kobern, 107.
 
2 mart
 
23:15. Luton – çelsi
23:30. Sauthempton – Vest Hem
00:15. Liverpul – Norviç Siti
 
3 mart
 
00:15. Everton – Borem Vud
 
7 mart
 
23:30. Nottingem – Haddersfild

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest