"Qəbələ"nin üç futbolçusu hazırlıqda iştirak etmir. Matc.az xəbər verir ki, Premyer Liqanın 16-cı turunun "Səbail"lə oyununda zədələnən Asif Məmmədov və bərpa dövrünü başa vuran ürfan Abbasov artıq komandaya qoşulub.
 
Hər iki futbolçu "Sumqayıt"la 17-ci turun dünənki qarşılaşmasında (4:0) heyətdə olub. Asif bu matçda ehtiyatda olsa da, ürfan 90 dəqiqə mübarizə aparıb.
 
Rüfət Əhmədov həm komanda, həm fərdi məşqlərini davam etdirir. Yaovi Akakpo fərdi bərpa prosesindədir. Gülağa Əsədov isə əməliyyat sonrası dövrü keçir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest