Ukraynanın "Karpat" klubunun futbolçusu Vitali Sapilo Rusiya silahlıları ilə döyüşdə həlak olub. Matc.az xəbər verir ki, 2-ci divizion təmsilçisinin 21 yaşlı futbolçusu Ukrayna ordusunun tərkibinə tank komandiri kimi qatılıb.
 
O, Kiyevin müdafiəsi uğrunda gedən döyüşlərdə ağır yaralanıb və daha sonra vəfat edib.
 
Daha öncə Ukraynanın "Qostomel" komandasının futbolçusu Dmitri Martinenko da yaşadığı bina bombalandığı üçün anası ilə birgə dünyasını dəyişmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest