İngiltərə kubokunun 1/8 fiinalında "Peterboro Yunayted"lə keçirilən matçda "Mançester Siti"ni meydana kapitan sarğısı ilə ukraynalı futbolçu Aleksandr Zinçenko çıxarıb. Matc.az xəbər verir ki, əsas kapitan Fernandinyo oyunun start fitindən əvvəl kapitanlıq sarğısını Zinçenkonun qoluna taxıb. 
 
Bununla o, ölkəsi Rusiyanın hücumuna məruz qalan ukraynalı yarımmüdafiəçiyə dəstək olub. Zinçenko ilk dəfə meydana kapitan sarğısı ilə çıxıb.
 
Oyun "Mançester Siti"nin 2:0 hesablı qələbəsiylə başa çatıb və "şəhərlilər" 1/4 finala yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest