O, sənədləşmədə baş məşqçi kimi göstəriləcək. Lakin iş bölgüsündə dəyişiklik olmayacaq. Sənan Qurbanov komandanın baş məşqçisi, Zaur Həşimov isə məşqçi kimi fəaliyyətini davam etdirəcək.

"UEFA-nın lisensiyalaşmasında ən vacib meyarlardan biri baş məşqçinin "Pro" kateqoriyasına malik olmasıdır. "Qəbələ"nin baş məşqçisi vəzifəsini tutan Sənan Qurbanov isə A kateqoriyasına sahibdir. Buna görə də bu məsələnin həll olunması üçün müəyyən addım atmalı idik". Matc.az xəbər verir ki, bu barədə "Qəbələ"nin Mətbuat Xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Klubun rəsmi saytına danışan "qırmızı-qaralar"ın rəsmisi kağız üzərində bəzi struktur dəyişiklikləri etdiklərini bildirib: "Bu, məşqçilər korpusunda yer alan Zaur Həşimovun rolu ilə gerçəkləşəcək. Bildiyiniz kimi Həşimov bir müddət öncə Pro kateqoriyalı lisenziya əldə edib. Sənəd üzərində struktur dəyişikliyi ediləcək. O, sənədləşmədə baş məşqçi kimi göstəriləcək. Lakin iş bölgüsündə dəyişiklik olmayacaq. Sənan Qurbanov komandanın baş məşqçisi, Zaur Həşimov isə məşqçi kimi fəaliyyətini davam etdirəcək. Məsələnin digər tərəfi isə odur ki, nə ölkəmizdə, nə də postsovet məkanında 2020-ci ilədək "Pro" kursları təşkil olunmayacaq. Bu səbəbdən də belə addım atdıq".

Qeyd edək ki, Sənan Qurbanov 2018-ci ilin yayından "Qəbələ"yə baş məşqçilik edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest