PSJ klubu hücumçusu Kilian Mbappeyə müqavilənin müddətini uzatmaq üçün təklif edib. Matc.az "Le Parisien"ə istinadən xəbər verir ki, Paris klubu 23 yaşlı fransalı futbolçuya 2024-cü ilə qədər illik 50 milyon avro maaşla müqavilə təklif edib.
 
Mbappenin yayda İspaniyanın "Real" klubuna keçəcəyi deyilir.
 
Mbappe PSJ-nin heyətində 205 oyun keçirib, 156 qol vurub, 78 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest