"Lester Siti"nin hücumçusu Ceymi Vardi İngiltərə Premyer Liqasının "Bernli" ilə matçında komandasının ikinci qolunu vurub (2:0). Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu, 35 yaşlı hücumçunun 30 yaşından sonra Premyer Liqada 94-cü qolu olub.
 
Bununla da, Vardi 30 ildən sonra Yan Raytın 93 qolluq rekordunu qırıb.
 
"Nyukasl"ın keçmiş hücumçusu Alan Şirer Premyer Liqada yaşa görə qol vuranlar siyahısında üçüncüdür – 84.
 
Vardinin cari mövsümdə Premyer Liqada 17 oyunda 10 qolu var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest