Rusiyanın "Krasnodar" klubu "Sabah"ın baş məşqçisi Murad Musayev yenidən komandanın sükanı arxasına gətirmək istəyir

Rusiyanın "Krasnodar" klubu "Sabah"ın baş məşqçisi Murad Musayev yenidən komandanın sükanı arxasına gətirmək istəyir. Matc.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
 
39 yaşlı mütəxəssis bu vəzifəyə əsas namizədlərdən biridir. Rusiyalı baş məşqçi Krasnodar klubundan ayrılmağa qərar verən almaniyalı Daniel Farkeni əvəzləyə bilər. İddiaya görə, Musayev sabiq klubu ilə danışıqlar aparmaq üçün Bakını tərk edib.
 
ötən ilin oktyabrından "Sabah"a başçılıq edən Murad Musayevin paytaxt klubu ilə 2 illik müqaviləsi var. O, 2018-2021-ci illərdə "Krasnodar"ın əsas komandasına rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest