Futbol üzrə İspaniya La Liqasında 21-ci turdan təxirə salınmış bir oyun keçirilib. Matc.az xəbər verir ki, günün yeganə matçında "Malyorka" doğma meydanda "Real Sosyedad"la qarşılaşıb.
 
Qonaqlar bu oyunda inamlı qələbəyə seviniblər. "Real Sosyedad" bu qələbə sayəsində xallarının sayını 44-ə çatdırıb və 6-cı pilləyə yüksəlib. "Malyorka" isə 26 xalla 16-cı sırada qərarlaşıb.
 
İspaniya La Liqası
21-ci turun oyunu
 
2 mart
 
Malyorka – Real Sosyedad 0:2
Qol: D.Silva, 35. Merino, 62.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest