Bugünkü görüşə yaxşı başladıq. Sonra futbolçularda bir az durğunluq yarandı. Bu da daha çox qələbə qazanmaq istəyimizlə bağlı idi. İlk hissədən sonra futbolçulara verilən tapşırıqlara müəyyən dəyişikliklər etdik.

"Oyuna çox ciddi hazırlaşmışdıq. İlk yarı başa çatandan sonra futbolçularda məsuliyyəti hiss etmişdik. Həm Bakı, həm Türkiyədə hazırlıqdan maksimum faydalanmağa çalışdıq. Hazırlıq oyunları bizdə inam yaratdı ki, ikinci yarıya qələbə ilə başlaya bilərik". Matc.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib.

TPL-in XV turunda dogma meydanda "Sumqayıt"la qarşılaşan əyalət təmsilçisi 1:0 hesablı qələbəyə sevinib.

Oyundan sonra klub saytına açıqlama verən Qurbanov fikirlərini bölüşüb: "Bugünkü görüşə yaxşı başladıq. Sonra futbolçularda bir az durğunluq yarandı. Bu da daha çox qələbə qazanmaq istəyimizlə bağlı idi. İlk hissədən sonra futbolçulara verilən tapşırıqlara müəyyən dəyişikliklər etdik. Vacib qələbə qazandıq. "Sumqayıt" yaxşı təşkil olunmuş, əks-hücumlarda sürətli olan komandadır. Bunları analiz etmişdik. Futbolçular tapşırıqları yerinə yetirdilər, rəqibin əks-hücumlarının qarşısını ala bildilər. Cavid Hüseynov komandamızın kapitanı, yüksək səviyyədə liderlik keyfiyyətləri var. Top itkisi baş versə də, komandaya faydalı oldu, tapşırıqları hamı kimi yerinə yetirdi. Oyunu analiz edib, səhvləri düzəltməyə çalışacaq, bütün komanda şəklində növbəti oyuna hazırlaşacağıq. Amin Seydiyev məşqlərdə özünü çox yaxşı tərəfdən göstərirdi. Matçlarda oynamasa da, çox istəkli idi. Türkiyədəki yoxlama oyunlarında da belə oldu. Bu gün ondan razı qaldım".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest