Belarusun futbol üzrə milli komandaları və klubları UEFA bayrağı altındakı bütün oyunlarını neytral meydanda və azarkeşsiz keçirməli olacaqlar. Matc.az xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsi qərar verib.
 
UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, qərar dərhal qüvvəyə minib. UEFA İcraiyyə Komitəsi ehtiyac yaranarsa, hazırkı durumu yenidən qiymətləndirmək və zəruri hallarda əlavə qərarlar qəbul etmək üçün müntəzəm olaraq növbədənkənar iclaslar keçirəcək.
 
Qeyd edək ki, Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqiblərindən biri də Belarus komandasıdır. Bu isə o deməkdir ki, Belarus və Azərbaycan yığmaları arasındakı oyunun da yeri dəyişdiriləcək. 
 
İyunun 6-da keçiriləcək Belarus - Azərbaycan matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. Hazırda bu görüşün hansı ölkədə təşkil olunacağı bilinmir. Belarus yığması iyunun 10-da Qazaxıstan/Moldova cütünün qalibini, sentyabrın 25-də isə Slovakiyanı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest