Almaniyanın "Maynts" klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb. Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Analiz nəticəsi müsbət çıxmış şəxslərin ümumi sayı 19 nəfərdir. Onların arasında klubun əməkdaşları ilə yanaşı, futbolçular və məşqçilər də var. İnfeksiyaya yoluxanlar karantinə alınıblar.
 
"Maynts"ın martın 6-da Dortmund "Borussiya"sına qarşı keçirməli olduğu çempionat matçı təxirə salına bilər. Oyunla bağlı hələlik qərar verilməyib.
 
"Maynts" Bundesliqada 24 turdan sonra 34 xalla 9-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest