Ukraynanın "Şaxtyor" klubunun futbol akademiyasının məşqçisi Rusiya tərəfindən atılan mərminin qəlpəsinə tuş gələrək həlak olub.

Ukraynanın "Şaxtyor" klubunun futbol akademiyasının məşqçisi Rusiya tərəfindən atılan mərminin qəlpəsinə tuş gələrək həlak olub. Matc.az xəbər verir ki, bu barədə klubun baş direktoru Sergey Palkin açıqlama yayıb. O, futbol ictimaiyyətinə müraciət edib: 
 
"Əməkdaşımız dünən vəfat edib. O, futbol akademiyamızın məşqçisi idi. Onu rus mərmisinin parçası öldürüb. Rusiya ukraynalıları öldürür. Bu dəliliyi dayandırın! Susmayın, danışın! Əks halda, bu, şəxsi məğlubiyyətiniz olacaq. Həm də, bütün gələcək nəsillərin yaddaşında qalacaq, dünya tarixindən silinməyəcək bir məğlubiyyət. Hər biriniz törədilmiş cinayətlərə görə təqsir və məsuliyyət daşıyacaqsız". 
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest