Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, müzakirələr nəticəsində AFFA-nın bayrağı altında keçirilən müxtəlif turnirlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
Futzal üzrə Yüksək Liqanın "Xilə" - "Record" oyununda "Xilə"nin futzalçısı Fərid Mikayılov "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Xilə"nin futzalçısı Tural Lətifov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın "Forza Neftçi" - "Alyans Qrup" oyununda "Forza Neftçi"nin futzalçısı Tofiq Hüseynov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Alyans Qrup" komandasının futzalçısı Mirkamil Əliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Xan Lənkaran" - "Bibi Heybət" oyununda "Xan Lənkaran"ın futzalçısı Rasim Əhmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Zülfüqar" - "Rəvan" oyununda "Zülfüqar"ın futzalçısı Zaur Kazımov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Timsport" - "Atletiko Baku" oyununda "Timsport"un futzalçısı Fərid Quliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Baku Fire 3" - "Advokat" oyununda "Baku Fire 3" komandasının futzalçısı Sərxan Vəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. "Baku Fire 3" komandasının futzalçısı Ramal Əhmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Borçalı" - İSMA "Baku" oyununda "Borçalı"nın futzalçısı Əli Mirzəyev "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Borçalı"nın futzalçısı Fərid Qurbanov "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Yüksək Liqanın "Record" - "Ekol" oyununda "Record"un futzalçısı Hosseini Hotkani Seyedreza qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Yüksək Liqanın "Baku Fire" - U-19 oyununda U-19-un futzalçısı Nazim Rəhimov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşarkən yenidən hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanıb. "Baku Fire" komandasının futzalçısı Kamran Hacıyev oyunun 6-cı dəqiqəsində "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Yüksək Liqanın "Neftçi" - "Xilə" oyunu yarımçıq dayandırıldığı üçün "Xilə"yə 0:5 hesablı texniki məğlubiyyət verilib.
 
Yüksək Qızlar Liqasının "Xırdalan City" (Bakı) - "Keşlə" FK oyununda "Xırdalan City" (Bakı) komandasının futbolçusu Sevinc Babayeva kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. "Keşlə"nin futbolçusu Umnisə Əliyeva aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
Region Liqasının "Mübariz" - "Dirçəliş" oyununda "Dirçəliş"in futbolçusu Loğman Qafarzadə aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. "Dirçəliş"in ehtiyatda olan futbolçusu Şamil Şamilov  hakimə etiraza görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Mübariz"in futbolçusu Kamran Abdullayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanıb.
 
Region Liqasının "Mil" - "Ağsu Siti" oyunu bitdikdən sonra "Mil"in futbolçusu Kamal Qasımov hakimlər briqadasını təhqir etdiyinə və baş hakimi vurmasına görə 14 oyun cəzalanıb.
 
Region Liqasının "Kəngərli" – "Sədərək" oyununda "Kəngərli"nin futbolçusu Turqut Abdullayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Region Liqasının "İrəvan" – "Davam" oyununda "İrəvan"ın baş məşqçisi Zahid Niyazəliyev hakimlər briqadasını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.
 
Region Liqasının "Davam" – "Şahdağ" (Quba) oyununda "Şahdağ" (Quba) komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
Gənclər Liqasının "Neftçi" İK İB – "Səbail" oyununda "Səbail"in futbolçusu İbrahim Məmmədov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Gənclər Liqasının "Sumqayıt" – "Sabah" oyununda "Sumqayıt"ın futbolçusu Anar Əhmədzadə sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-17 Liqasının "Zaqatala" – "Keşlə" oyununda "Zaqatala"nın futbolçusu Bilal Qandaxov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. "Keşlə"nin futbolçusu Cavanşir Mehdili aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
U-14 Liqasının "Neftçi" PFK – "Keşlə" oyununda "Neftçi"nin futbolçusu Nicat Məhərrəmov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-13 Liqasının "Qəbələ" – UGİM "Ulduz Mingəçevir" oyununda UGİM "Ulduz Mingəçevir" komandasında yetərsay olmadığı üçün oyun baş tutmadığına görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlanarsa, komandanın yarışlardan kənarlaşdırılacağı barədə xəbərdarlıq edilib.
 
U-12 Liqasının "Qəbələ" – UGİM "Mingəçevir" oyununda UGİM "Mingəçevir" komandasında yetərsay olmadığı üçün oyun baş tutmadığına görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-11 Liqasının "Hacıqabul-Şərq" - "Şirvan" (Şirvan) oyununda "Hacıqabul-Şərq" komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-10 Liqasının "Olimpiya" İK FK – "Ağstafa Gəncləri" oyununda "Olimpiya"nın heyətində lisenziyası olmayan oyunçu matçda iştirak etdiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-15 Liqasının "Kəpəz" PFK – "Qarabağ" FK oyununda "Qarabağ"ın futbolçusu Elmar Baxışzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest