Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayevin Qazaxıstan "Turan" komandasına keçidi rəsmiləşib. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
28 yaşlı qolkiperlə müqavilə imzalansa da, müddəti və digər detalları açıqlanmayıb. O, yeni klubunda 22 nömrəli formanı geyinəcək. Oyunçu artıq komanda ilə ilk məşqinə də çıxıb.
 
Emil Balayev daha öncə Qazaxıstanda "Tobol"da çıxış edib. Son olaraq "Qarabağ"da çıxış edən qapıçı "Neftçi", "Səbail", "Zirə" və Almaniya "Ayntraxt"ında da forma geyinib. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest