Futbol üzrə Almaniya Bundesliqasında 25-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilməli olsa da, onlardan biri baş tutub.
 
"Köln" doğma meydanda "Hoffenhaym"la üz-üzə gəlib. Bu matçda qonaqlar minimal hesabla qələbə qazanıblar.
 
çempionluğa iddialı digər komanda Dortmund "Borussiya"sı bu tur "Maynts"ın qonağı olmalı idi. Amma "Maynts"da koronavirusa kütləvi yoluxma qeydə alındığından, bu oyun təxirə salınıb.
 
Almaniya Bundesliqası
25-ci tur
 
4 mart
 
Arminiya – Auqsburq
Qol: Kaligiuri, 50.
 
5 mart
 
Bayern – Bayer 1:1
Qol: Sule, 18 – Müller, 36-öz qapısına.
 
Bohum – Qroyter 2:1
Qol: Leytş, 35. Losilla, 71 – Bella, 64-öz qapısına.
 
Volfsburq – Union Berlin 1:0
Qol: Avoniyi, 24.
 
Herta – Ayntraxt 1:4
Qol: Selke, 61 – Knauff, 17. Tuta, 48. Lindstrom, 56. Borre, 63.
 
Leypsiq – Frayburq 1:1
Qol: Anxelinyo, 90 – Dəmiroviç, 38.
 
Ştutqart – Borussiya (Mönxenqladbax) 3:2
Qol: Endo, 38. Fuhrix, 51. Kalaydziç, 83 – Plea, 14. Turam, 35.
 
6 mart
 
Köln – Hoffenhaym 0:1
Qol: Poş, 61.
 
Maynts – Borussiya (Dortmund) matçı təxirə salınıb
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest