Futbol üzrə Polşa çempionatında 24-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plotsk) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Lençna" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.
 
Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
"Visla" 24 turdan sonra 33 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest