Futbol üzrə İtaliya A Seriyasında 28-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, turun əksər görüşləri sonuncu oyun gününə təsadüf edib.
 
"Cenoa" – "Empoli" və "Bolonya" – "Torino" matçlarında qapılara qol vurulmayıb. "Fiorentina" da "Verona" ilə ev oyunundan heç-heçə ilə ayrılıb. Beş qolun qeydə alındığı "Venetsiya" – "Sassuolo" matçında isə qonaqlar darmadağına seviniblər.
 
"Yuventus" bu turda "Spetsiya" ilə ev oyunundan minimal hesabla qalib ayrılıb.
 
Bu turda əsas diqqətlər "Napoli" – "Milan" matçına yönəlib. çempionluq uğrunda mübarizə aparan komandaların duelinə maraq böyük idi. İlk dövrədəki qarşılaşmada Neapol təmsilçisi səfərdə minimalhesablı qələbə qazanmışdı. Bu dəfə isə Milan təmsilçisi oxşar hesabla üstün olub.
 
İtaliya A Seriyası
28-ci tur
4 mart
 
İnter – Salernitana 5:0
Qol: L.Martines, 22; 40; 56. Dzeko, 64; 69.
 
5 mart
 
Udineze – Sampdoriya 2:1
Qol: Deulofeu, 3. Udoqye, 12 – Kaputo, 13.
 
Roma – Atalanta 1:0
Qol: T.Abraham, 32.
 
Kalyari – Latsio 0:3
Qol: İmmobile, 19. L.Alberto, 42. F.Anderson, 62.
 
6 mart
 
Cenoa – Empoli 0:0
 
Bolonya – Torino 0:0
 
Venetsiya – Sassuolo 1:4
Qol: Henri, 34 – Raspadori, 2. Berardi, 17-pen; 71-pen. Skamakka, 29-pen.
 
Fiorentina – Verona 1:1
Qol: Pyontek, 10 – Kaprari, 20.
 
Yuventus – Spetsiya 1:0
Qol: Morata, 21.
 
Napoli – Milan 0:1
Qol: Jiru, 49.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest