Futbol üzrə Fransa çempionatında 27-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, turun əksər görüşləri sonuncu oyun gününə təsadüf edib.
 
"Reyms" – "Strasburq" matçında qalib müəyyənləşməyib. "Sent-Etyen" "Mets"i, "Nant" "Monpelye"ni, "Renn" isə "Anje"ni məğlub yola salıb. Son çempion "Lill" də "Klermon"la ev oyununda darmadağına sevinib.
 
"Bordo" doğma meydanda "Trua"ya uduzub. Marsel "Olimpik"i isə "Monako" ilə görüşdən məğlubiyyətlə ayrılıb.
 
Fransa Liqa 1
27-ci tur
 
4 mart
 
Loryan – Olimpik (Lion) 1:4
Qol: Moffi, 57 – Fevr, 5; 78. Dembele, 26. Ekambi, 59.
 
5 mart
 
Lans – Brest 0:1
Qol: Honorat, 59.
 
Nitsa – PSJ 1:0
Qol: Delor, 88.
 
6 mart
 
Sent-Etyen – Mets 1:0
Qol: Bouanqa, 52.
 
Bordo – Trua 0:2
Qol: Pussin, 28-öz qapısına. Motiba, 87-pen.
 
Nant – Monpelye 2:0
Qol: Muani, 69. Gebbels, 90+2.
 
Reyms – Strasburq 1:1
Qol: Kayuste, 84 – Bellaqar, 69.
 
Renn – Anje 2:0
Qol: Buriqe, 33. Laborde, 87.
 
Lill – Klermon 4:0
Qol: Bamba, 3. David, 71. Z.çelik, 84. Jerqova, 90.
 
Olimpik (Marsel) – Monako 0:1
Qol: Martins, 58.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest