Türkiyənin "Göztəpə" klubu baş məşqçi Nestor El Maestro ilə yollarını ayırıb. Matc.az İzmir klubunun rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı serbiyalı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.
 
Nestor El Maestro 2021-ci il sentyabrın 8-dən komandaya rəhbərlik edirdi.
 
"Göztəpə" Türkiyə Super Liqasında 28 turdan sonra 27 xalla 17-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest