"Neftçi" ilə oyunda rəqib müdafiəçi Mamadu Mbodjun əlini sıxmayaraq bir anda tənqidlərin hədəfi olan Mahir Mədətov bu hərəkətindən ötrü üzr istəyib. Matc.az saytının məlumatına görə, hücumçu hörmətsizlik etdiyi rəqibinə mesaj yazaraq məqsədinin irqçilik olmadığını, sadəcə oyun anında emosiyalardan yaranmış gərginlik səbəbindən əlini sıxmaqdan imtina etdiyini bildirib.

Mbodj isə hücumçunun üzrünü qəbul edərək ona gələcək karyerasında uğurlar arzulayıb.

Mədətov isə öz növbəsində dialoqu "skrinşot" edərək instaqram səhifəsində paylaşıb.

Qeyd edək ki, TPL-in XV turu çərçivəsində baş tutan "Qarabağ" – "Neftçi" matçı 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest