UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi futzal üzrə Azərbaycan milli komandasını 5700 avro məbləğində cərimələyib.

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi futzal üzrə Azərbaycan milli komandasını 5700 avro məbləğində cərimələyib. Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Cəriməyə səbəb Azərbaycan millisinin futzalçılarının İspaniya və Bosniya və Herseqovina yığmalarına qarşı Avropa çempionatının qrup oyunlarında sarı və qırmızı vərəqələrlə cəzalanmaları səbəb olub.
 
İspaniya ilə heç-heçə (2:2) başa çatmış qarşılaşmada İsa Atayev, Fineo De Araujo, Ramiz çovdarov və Vassura xəbərdarlıq alıblar. Bu görüşdəki intizamsızlığın cəriməsi 2 700 avro olub.
 
Milli komandanın Bosniya və Herseqovinaya 4:2 hesabı ilə qalib gəldiyi oyunda isə Felipinyo qırmızı, Vassura sarı vərəqə görüb. Buna görə milli komanda 3 000 avro cərimə olunub.
 
Azərbaycan millisi Avropa çempionatını 4 xalla 3-cü pillədə başa vuraraq, Avropa çempionatı ilə erkən vidalaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest