PSJ-nin futbolçuları Serxio Ramos və Ander Herrera çempionlar Liqasının 1/8 finalının Real"la cavab oyununu buraxacaqlar. Matc.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Hər iki futbolçu zədə səbəbindən sözügedən görüşdə iştirak etməyəcək.
 
"Real" – PSJ matçı sabah keçiriləcək və saat 00:00-da başlayacaq. Fransada keçirilən ilk oyunda PSJ 1:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest