Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Tondela" Portuqaliya çempionatında 25-ci turun oyununa çıxıb. Matc.az xəbər verir ki, "Tondela" doğma meydanda "Belenenseş"lə qarşılaşıb və oyun1:1 hesabı ilə başa çatıb.
 
Dadaşov 64-cü dəqiqədə meydana daxil olub.
 
Hazırda 21 xalı olan "Tondela" 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest