özbəkistanın "Bunyodkor" klubu Braziliya millisinin keçmiş futbolçusu Rivaldodan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib. Matc.az xəbər verir ki, bu barədə CAS-ın rəsmi saytı məlumat yayıb.
 
Şikayətin səbəbi "Barselona"nın keçmiş üzvünün Daşkənd təmsilçisi ilə müqaviləni vaxtından əvvəl pozması olub. Məsələyə bu il iyunun 8-də baxılacaq.
 
2008-ci ildə "Bunyodkor"la 14 milyon avro dəyərində 2 illik müqavilə imzalayan Rivaldo, 2010-cu ilin may ayında sözləşməyə birtərəfli şəkildə xitam verərək, klubdan ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest