Almaniyanın "Bayern" klubunun hücumçusu Robert Levandovski "Huawei" şirkəti ilə əməkdaşlığını dayandırıb.  Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı polşalı hücumçunun belə qərar verməsinin səbəbi mediada sözügedən şirkətin Rusiyada layihə həyata keçirdiyi haqqında xəbərlərin olmasıdır.
 
"Huawei" bu məlumatları təkzib etsə də, Levandovski qərarından daşınmayıb. O, şirkətlə müqaviləsini ləğv edib.
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest