Futbol üzrə Azərbaycan Birinci Divizionunda 17-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha iki oyun keçirilib.
 
"Turan Tovuz" doğma meydanda "Qəbələ-2″yə böyük hesabla uduzub. "Sabah"ın ikinci komandası isə azlıqda qalmasına baxmayaraq, "Səbail-2″ni məğlub edib.
 
Turun qalan oyunları sabah keçiriləcək.
 
Birinci Divizion
17-ci tur
7 mart
 
Zirə-2 – Zaqatala 1:0
Qol: Nicat Oruclu, 10.
Hakimlər: Cavid Cəlilov, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov
"ASK Arena", 15:00
 
8 mart
 
Turan Tovuz – Qəbələ-2 0:3
Qol: Aqil Nəsibov, 15; 45+3. Mehrac Baxşalı, 35.
Hakimlər: Emin Əliyev, Rəhman İmami, Şirmamed Mamedov, Səbuhi Bayramov
Tovuz şəhər stadionu, 14:30
 
Səbail-2 – Sabah-2 2:3
Qol: Rasim Hasanov, 29. Xəyal Bədirov, 49 – İldar Alekperov, 55. Xəyal Əliyev, 62; 89.
Qırmızı vərəqə: Samir Məhərrəmli, 64 (Sabah-2)
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Əli Əliyev
"ASCO Arena", 15:00
 
9 mart
 
Kəpəz – Sumqayıt-2
Neftçi-2 – Qarabağ-2
Keşlə-2 – Qaradağ Lökbatan

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest