17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsin 2-ci raundunda mübarizəyə başlayıb

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsin 2-ci raundunda mübarizəyə başlayıb. Matc.az xəbər verir ki, millimiz bu gün Albaniyada, Bakı vaxtı ilə saat 17:30-da bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
 
Litvadan olan hakimin idarə etdiyi matç yığmamızın məğlubiyyəti ilə başa çatıb – 0:1.
 
Millimiz qrupda növbəti oyununu martın 11-də Şimali Makedoniya komandasına qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest