İngiltərə millisinin keçmiş futbolçusu, MLS-də mübarizə aparan "İnter Mayami"nin sahibi Devid Bekhem və onun həyat yoldaşı Viktoriya Bekhem ukraynalı uşaqlara dəstək olub. Matc.az "Mirror"a istinadən xəbər verir ki, Bekhem ailəsi Rusiya ilə müharibə nəticəsində əziyyət çəkən ukraynalı uşaqlara yardım məqsədiylə UNİCEF-lə birlikdə ianə yığımına start verib.  Onlar aksiya üçün ilkin olaraq 1 milyon funt sterlinq ödəyiblər. Bekhem öz "İnstaqram" hesabında açıqlama yayıb:
 
"Analar uşaqları ilə birlikdə qaçmağa məcbur olur, ailələr dağılır. Uşaqları çarpayılarından götürürlər ki, gecə ilə evlərini tərk etsinlər. Ukraynada müharibə ikinci həftəyə uzandığından, ailələrin ehtiyacları artır. 7,5 milyon uşaq hazırda təhlükədədir. Buyurun, mənə qoşulun və əlinizdən gələn hər şeyi edin".
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest