Ukrayna millisinin və Kiyev "Dinamo"sunun əslən azərbaycanlı keçmiş futbolçusu Aleksandr Əliyev Rusiya yığmasının sabiq kapitanı Roman Şirokovla bağlı fikirlərini bildirib

Ukrayna millisinin və Kiyev "Dinamo"sunun əslən azərbaycanlı keçmiş futbolçusu Aleksandr Əliyev Rusiya yığmasının sabiq kapitanı Roman Şirokovla bağlı fikirlərini bildirib. Şirokov Rusiyanın Ukraynaya hücumunu dəstəkləyən açıqlama verib. Matc.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Əliyev, açıqlamasında Şirokovla nə vaxtsa haqq-hesab çəkəcəyini bildirib:
 
"Kaş alçaq burda olaydı. O, insanların deyib-güldüyü məkanlara, restoranlara gedir, maşınla rahat gəzir. Burda uşaqlarımız, qızlarımız, həyat yoldaşlarımız və analarımızın başına nələrin gəldiyini, insanların öldüyünü görsəydi, bu alçağın ürəyi dayanar və yerindən qopardı.
 
Eybi yox, düşünürəm ki, tezliklə bu alçağı hardasa görəcəm. Onunla özüm haqq-hesab çəkəcəm. çünki rahat oturub danışan insanlara nifrət edirəm. Başa düşürəm ki, Rusiya telekanallarında onlar tam başqa şeylər görürlər. Amma bura tam cəhənnəmdir".
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest