FİFA referisi Cüneyt çakır cari mövsümün qalan hissəsində Türkiyə Super Liqasının oyunlarına təyinat almayacaq. Matc.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.
 
TFF 46 yaşlı referini yüksək liqadan kənarlaşdırıb. Buna yaş amili və klubların narazılığı səbəb göstərilib. Hakimlər Komitəsi oxşar səbəblərlə əlaqədar çakırla yanaşı, Ali Palabıyık, Abdulkadir Bitigen, Fırat Aydınus, Bahattin Şimşek, Burak Şeker, Suat Arslanboğa, Hüseyin Göçek, Mert Güzenge, Tuqay Kaan Numanoğlu, Alper Ulusoy və Halis özkahyanın da adını siyahıdan çıxarıb.
 
özgür Yankaya isə yalnız VAR hakimi kimi fəaliyyət göstərəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest