Futbol üzrə Meksika çempionatının "Keretaro" və "Atlas" komandaları arasında yarımçıq dayandırılmış 9-cu turun oyunu ilə bağlı qərar verilib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Meksika Futbol Federasiyasının qərarına əsasən, "Keretaro" bir il ərzində ev oyunlarını başqa stadionda, azarkeşsiz keçirəcək.
 
Bundan başqa, klubun aşağı yaş qruplarından və qadınlardan ibarət komandalarının oyunlarına da azarkeşlər buraxılmayacaq. Klubun hazırkı rəhbərliyi isə 5 il müddətinə bütün futbol yarışlarından kənarlaşdırılıb. "Keretaro"ya 70 min dollar cərimə kəsilib, "Atlas"la matçda texniki məğlubiyyət verilib.
 
"Keretaro" rəhbərliyinə ilin sonunadək klubu satmaq üçün vaxt verilib.
 
Komandanın fan-klubları 3 il ev, 1 il səfər matçlarında stadionlara buraxılmayacaq. "Atlas"ın fanatları isə 6 ay səfər oyunlarını buraxmalı olacaq.
 
"Keretaro" ilə "Atlas" arasındakı oyun vaxtı baş vermiş kütləvi dava nəticəsində 17 nəfər vəfat edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest