Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Ukraynalı məşhur keçmiş futbolçu, hazırda Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" komandasının baş məşqçisi olan Sergey Rebrov Rusiyanın ölkəsinə hücumu ilə bağlı açıqlama verib. Matc.az "The İndependent" nəşrinə istinadən xəbər verir ki, 48 yaşlı məşqçi tezliklə Ukraynaya qayıdıb, əlinə silah alaraq, Rusiyaya qarşı döyüşmək istəyir:
 
"Biz düzgün yoldayıq. Biz azadlığımız üçün mübarizə aparmalıyıq. Birləşmiş Ərəb Əmirliklərində işim var. Amma mövsüm başa çatan kimi Ukraynaya qayıdacam. Bacardığım qədər tez dönəcəm. Əlbəttə, əlimə silah alacam. Biz həyatda qalacaq və qalib gələcəyik. Mən Rusiya ilə kompromis görmürəm, çünki onlarla buna nail olmaq mümkün deyil. Ruslar ölkəmizi işğal etmək istəyirlər və güzəştə getməkdə maraqlı deyillər. Biz ölkəmiz üçün vuruşuruq və azadlıq istəyirik".
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest