Mövsümün sürpriz komandalarından sayılan "Bude Qlimt"i "Alkmaar"la duel gözləyir. Norveç təmsilçisi avrokuboklarda son 7 ev oyununda qalib gəlib.

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Matc.az xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutub.

"Qarabağ"ı mübarizədən kənarlaşdıran Marsel "Olimpik"i Ağdam klubunun qrupdakı rəqiblərindən olan "Bazel"lə üz-üzə gəlib. üç qolun qeydə alındığı bu matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Turnirin qalibi adına əsas favoritlərdən sayılan Joze Mourinyonun rəhbərlik etdiyi "Roma" "Vitess"in qonağı olub. Romalılar səfərdə minimal hesabla üstün olublar.

Mövsümün sürpriz komandalarından sayılan "Bude Qlimt" "Alkmaar"la dueldən qalib ayrılıb. Norveç təmsilçisi avrokuboklarda ardıcıl 8-ci ev oyununu da qələbə ilə başa vurub.

Məhsuldar alınan "Partizan" – "Feyenoord" matçında qonaqlar darmadağına seviniblər. 8 qolun qeydə alındığı PSV – "Kopenhagen" matçında isə qalib müəyyənləşməyib. "Lester Siti" – "Renn" qarşılaşmasında İngiltərə təmsilçisi qələbəni bayram edib.

Avropa Konfrans Liqası
1/8 finalın ilk oyunları
10 mart

PAOK (Yunanıstan) – Gent (Belçika) 1:0
Qol
: Kurtiç, 58.

Vitess (Niderland) – Roma (İtaliya) 0:1
Qol
: S.Oliveyra, 45+1.

Partizan (Serbiya) – Feyenoord (Niderland) 2:5
Qol: Natço, 13. Yoviç, 46 – Toornstra, 20; 77. Dessers, 52. Gertulda, 64. Sinisterra, 71.

Slaviya (Praqa, çexiya) – LASK (Avstriya) 4:1
Qol: Sor, 3; 29. Olayinka, 83. Traore, 85 – Baliç, 67.

PSV (Niderland) – Kopenhagen (Danimarka) 4:4
Qol: Qakpo, 21; 70. Doan, 50. Zahavi, 85 – Yohannesson, 6. Biel, 23; 78. Lerager, 43.

Bude Qlimt (Norveç) – Alkmaar (Niderland) 2:1
Qol: Pelleqrino, 39. Solbakken, 90+1-pen – Abuxlal, 73.

Lester Siti (İngiltərə) – Renn (Fransa) 2:0
Qol: Olbrayton, 30. İheanaço, 90+3.

Olimpik (Marsel, Fransa) – Bazel (İsveçrə) 2:1
Qol: A.Milik, 19-pen; 68 – Espozito, 79.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest