İrlandiya Futbol Assosiasiyası milli komandanın baş məşqçisi Stiven Kenni ilə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
 
51 yaşlı mütəxəssislə 2 illik yeni sözləşmə imzalanıb.
 
Dç-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer almış İrlandiya millisi Stiven Kenninin başçılığı altında son 10 oyunun cəmi birində uduzub. O, 2018-ci ilin noyabrından bu komandaya rəhbərlik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest