Azərbaycan millisi martın 24-də Malta Milli stadionunda yerli komanda ilə, 4 gün sonra isə Latviya ilə üz-üzə gələcək

Polşanın "Visla" (Plotsk) klubunda çıxış edən Anton Krivotsyuk Azərbaycan millisinə dəvət alıb. Matc.az Plotsk təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi Malta və Latviya ilə yoxlama oyunlarına yollanacaq.
 
Krivotsyuk "Visla"ya ötən yay "Neftçi"dən keçib.
 
Azərbaycan millisi martın 24-də Malta Milli stadionunda yerli komanda ilə, 4 gün sonra isə Latviya ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest