"çelsi"nin rusiyalı sahibi Roman Abramoviç klubu Amerika-İsveçrə konsorsiumuna satmaqdan imtina edib. Matc.az "The İndependent"ə istinadən xəbər verir ki, rusiyalı milyarder təklif olunan məbləğlə razılaşmayıb.
 
Məbləğin nə qədər olduğu açıqlanmır. Lakin əvvəllər Abramoviçə "çelsi" üçün 2.2 milyard avro təklif edildiyi bildirilirdi.
 
Roman Abramoviç "çelsi" klubunun səhmlərini 2003-cü ildə alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest