Böyük Britaniya hökuməti "çelsi"nin sahibi olan rusiyalı iş adamı Roman Abramoviçə yeni sanksiyalar tətbiq edib. Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
 
Abramoviçin ölkədəki bütün aktivləri dondurulub. Bu isə o deməkdir ki, "çelsi"yə alıcı axtaran rusiyalı iş adamı klubu sata bilməyəcək. 
 
Abramoviçin səfərlərinə və uzun yol qət etməsinə də sanksiya qoyulub.
 
Amma Premyer Liqa klubu fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb.
 
Abramoviç fevralın 27-də "çelsi"nin idarəçiliyini klubun xeyriyyə fondunun qəyyumlarına təhvil verib. Bir neçə gün sonra isə o, klubu satmaq istədiyini açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest